Şəhid generalın anası əsgərlərimizə səsləndi: “İşğaldakı torpaqlarımızı azad edin!”
Tarix: 30-09-2020 13:10 | Bölmə: Cəmiyyət
Şəhid generalın anası əsgərlərimizə səsləndi: “İşğaldakı torpaqlarımızı azad edin!”

Şəhid general Polad Həşimovun anası cəbhə bölgəsində gedən döyüşlərdə iştirak edən vətənin qəhrəman övladlarına çağırış edib.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, Səmayə Həşimova cəbhədə döyüşən əsgərlərimizi qələbəyə səsləyib:

"Mən əsgərlərimə deyirəm ki, qolları qüvvətli olsun. Allahın əli onların kürəyində olsun. Can sağlığı ilə döyüşüb torpaqlarımızı işğaldan azad eləsinlər. Şuşada Azərbaycan bayrağını sancmaq Polad Həşimovun ən böyük arzusu idi. Əsgərlərimiz bayrağımızı Qarabağımızda, Şuşada sancarkən "Polad Həşimovun ruhu şad olsun" desinlər.

Mən Polad Həşimovun anası kimi deyirəm ki, Allah bütün əsgərlərimizə qüvvət və cansağlığı versin. Dözümlü olsunlar, yaxşı döyüşüb, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad eləsinlər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}