Deputat: “Nəsimi rayonunda yeni tikilən binalarda əlini uzatsan, o biri eyvana çatır”
Tarix: 30-09-2020 13:27 | Bölmə: Cəmiyyət
Deputat: “Nəsimi rayonunda yeni tikilən binalarda əlini uzatsan, o biri eyvana çatır”

“Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Bakının Nəsimi rayonunda yeni tikilən binalar bir-birinə çox yaxındır: “Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu, tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə, Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

M. İbrahimqızı cəbhə bölgəsində yaşayan insanlarla bağlı da təklif səsləndirib: “Bu gün cəbhə bölgələrində yaşayan insanlar günümüzün qəhrəmanlarıdır. Onlarla bağlı təklif edirəm ki, qanunvericilikdə xüsusi imtiyazlar olsun. Bu gün onlar atılan güllənin qarşısındadır”/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər