Prokurorluq: "Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır"
Tarix: 15-10-2020 18:50 | Bölmə: Cəmiyyət
Prokurorluq: "Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır"

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “İnfoteka24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb: “Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}