Emin Əmrullayev: "Noyabrın 2-dən bu və ya digər formada təhsili davam etdirəcəyik"
Tarix: 16-10-2020 11:18 | Bölmə: Cəmiyyət
Emin Əmrullayev: "Noyabrın 2-dən bu və ya digər formada təhsili davam etdirəcəyik"

“Biz dünya ölkələrində də koronavirusun ikinci dalğasının olmasını müşahidə edirik”.

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O, bildirib ki, biz xüsusi şəraitdəyik və daha diqqətli olmalıyıq:

Təhsil Nazirliyi hər gün məktəblərdə yoluxma və digər məsələlərlə bağlı ictimaiyyətə məlumat verirdi. Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik. İnanıram ki, 2 həftə ərzində biz davranışımzla və tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxmanın sayının azalmasına nail ola biləcəyik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik. Amma bu barədə danışmaq daha tezdir”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər