14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Təhsil naziri: "Müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil"
Tarix: 05-12-2020 15:57 | Bölmə: Cəmiyyət
Təhsil naziri: "Müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil"

"Müəllimlərin motivasiyası ilə əməkhaqqı arasında əlaqə var. Bilirsiz ki, son dövrlər ölkə başçısının müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqlarında əsaslı dəyişikliklər edilib. Müəllim əməkhaqısı son dövrlər ən çox artan əməkhaqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır".

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

"Müəllimlərin əməkhaqqısının miqdarına təsir edən faktorları düzgün başa düşməliyik. Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış "stavka" sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər ona görə aşağı maaş alırlar ki, onların saatları çox yuxarı deyil. Mənə elə gəlir ki, son illər təhsil sistemində iki böyük uğura imza atmışıq. Birincisi, şagird-müəllim nisbəti kifayət qədər yaxşılaşıb. İkincisi isə artıq müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər".

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq