Daha bir şəhidimiz Sumqayıtda dəfn edilib - Fotolar
Tarix: 28-12-2020 15:30 | Bölmə: Cəmiyyət
Daha bir şəhidimiz Sumqayıtda dəfn edilib

Vətən müharibəsində şəhid olmuş baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər.

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Murovdağ istiqamətində döyüşlərdə iştirak edən M. Məmmədzadənin taleyi barədə sentyabrın 28-dən məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.







Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq