Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışın şərtləri açıqlanıb
Tarix: 16-01-2021 19:07 | Bölmə: Cəmiyyət
Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışın şərtləri açıqlanıb

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa hansı şərtlər əsasında icazə veriləcəyi açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi İdarəsindən bildiriblər ki, 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orqanların əməkdaşlarına xidməti vəsiqə (ezamiyyə vərəqəsi), diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına, habelə onların yerli heyətinə müvafiq akkreditasiya kartları əsasında, eləcə də qərarda göstərilən digər şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.

İdarə bütün hərəkət iştirakçılarının nəzərinə çatdırırıb ki, qeyd olunan şəhər və rayonların (kənd və qəsəbələr istisna olmaqla), həmçinin paytaxtın giriş-çıxışlarında qurulan karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər 2021-ci il yanvarın 25-dək davam etdiriləcək və müvafiq icazəsi olmayan şəxslər həmin postlardan buraxılmayacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}