Məleykə Abbaszadə: “Məsul şəxslər məsuliyyətə cəlb ediləcək”
Tarix: 10-07-2017 12:43 | Bölmə: Cəmiyyət

"Dövlət qulluğuna qəbul prosesi daha çevik formada həyata keçirilməlidir. Hər bir insana imkan verilməlidir ki, o, istədiyi zaman dövlət qulluğunda karyerasını qura bilsin"

Reyting.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib. DİM rəhbəri qeyd edib ki, imtahan prosesini daha çevik etmək, istedadlı gəncləri bura cəlb etmək əsas məqsədimizdir.

M.Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmini vəpozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrəniləcəyi, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına vəvəzifəli şəxslərə təqdimat veriləcəyini, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinəməlumat veriləcəyi və təqdim olunacaq illik hesabata daxil ediləcəyini, pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini qeyd edib.

"Dövlət qulluğu haqqında” qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbulla bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə təqdimatlar da edilib.






Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər