Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Tarix: 12-08-2017 18:00 | Bölmə: Cəmiyyət / Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.
Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsilərinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Boş qalan yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.
Tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlının qızı Könül Qərb Universitetinin Tərcüməçilik fakültəsində təhsil alacaq.
Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Fidan Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.
Tanınmış jurnalist Seymur Verdizadənin oğlu Şahin Bakı Mühəndislik Universitetinin Dünya iqtisadiyyatı (ingilis dili) ixtisasına qəbul olunub.
Müstəqil jurnalist Ramilə Qurbanlının qızı Şəms Azərbaycan Dillər Universitetinin Alman dili müəllimliyinə qəbul olunub.
Basta.info saytının baş redaktoru Mustafa Hacıbəylinin qızı Humay Xəzər Universitetində İngilis dili müəllimliyi ixtisasına yiyələnəcək.
"Trend” İnformasiya Agentliyinin Mədəniyyət departamentinin rəhbəri Vüqar İmanovun oğlu Əli Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya texnologiyaları fakültəsində oxuyacaq.
"Lent.az” saytının əməkdaşı Səbinə Əvəzqızının övladı Banuçiçək də tələbə adı qazanmış abituriyentlər sırasındadır.
Jurnalist Azər Sarıoğlunun oğlu Tofiq ali təhsili xaricdə - Macarıstandakı universitetdə alacaq.
"Veysəloğlu” Şirkətlər qrupunun mətbuat katibi İlham Məmmədzadənin qızı Məryəm Azərbaycan Dövlət Tibb Universitetində oxuyacaq..
"Reytinq” qəzetinin redaktoru Fazil Əhmədin qızı Lamiyə Azərbaycan Dövlət Dillər Universitetinə qəbul olunub.
"Olaylar” İnformasiya Agentliyinin redaktoru Fatma Abasquliyeva da tələbə anası olub, oğlu ali məktəbdə təhsil alacaq.
"Pia.az" saytının baş redaktoru Azər Qaramanlının oğlu Turqut Xəzər Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olunub.
Cumhuriyyet.az saytının baş redaktoru Nəsimi Şərəfxanlının oğlu Xantural Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman menecmenti və kommunikasiya fakültəsinə qəbul olunub.
Savash.org saytının baş redaktoru Zülfüqar Savaşın qızı Türkan Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunub.
"10may.az” saytının rəhbəri Eldəniz Elgünün qızı Aysu Türkiyə universitetində Kliniki psixologiya üzrə ali təhsil alacaq.
"Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlının oğlu Faiq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman menecmenti və kommunikasiya fakültəsinə qəbul olunub.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki