12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mehman Əliyev: “Turan”ı bağlaya bilərlər”
Tarix: 16-08-2017 13:26 | Bölmə: Cəmiyyət / Xəbərlər
Mehman Əliyev: “Turan”ı bağlaya bilərlər”
“Turan” İnformasiya Agentliyində cinayət işi çərçivəsində yoxlama gedir.
Reyting.az-ın xəbərinə görə, bu haqda musavat.com-a açıqlamasında hazırda ofisində yoxlama aparılan “Turan” informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.
Onun sözlərinə görə, “Turan”a qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu çərçivədə hazırda yoxlama prosesi gedir: “İttiham var ki, külli miqdarda vergidən yayınmışıq. Avtomatik olaraq yoxlama başlanılır. Azərbaycanda bu proseslərin necə getdiyini hamımız bilirik. Nəticəni də təxmin etmək çətin deyil. “Turan”ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nəticəsində baş verə bilər”.
Müsahibimiz “Turan”ın, eləcə də rəhbəri olduğu rusdilli saytın – contact.az-ın son dönəmlərə aid hansısa yazısı, xəbəri əsasında bu təzyiqin başlanma ehtimalını isə qəbul etmir. M.Əliyev bildirib ki, ümumiyyətlə, ölkədə azad mətbuat adına heç nə qalmayıb: “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər. İndi isə, nəzarəti tam ələ keçirmək istəyirlər. Öncə sənədləri yığıb aparacaqlar, sonra da... Davamı hər zamankı kimi olacaq. Azərbaycanda onsuz da belədir. Öncə cinayət işi açırlar, sonra yoxlama, sənədlərin təftişi gedir”.
M.Əliyev hazırda “Turan”da iş prosesinin davam etdiyini də bildirib: “Biz də işləyirik, onlar da... Biz xəbər hazırlayırıq, onlar sənədləri yoxlayırlar”.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər