00:12 / 02-07-2025
Azərbaycan diasporunun lideri sərbəst buraxılıb - (Yenilənib)
23:39 / 01-07-2025
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri həbs olunub (Yenilənuib) - Fotolar
22:54 / 01-07-2025
Sumqayıtda qadın bıçaqlanıb
21:50 / 01-07-2025
Milli Məclis dezinformasiya kampaniyasına dair açıqlama yayıb
19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
18:34 / 01-07-2025
Baş naziri vəzifədən uzaqlaşdırıblar
18:26 / 01-07-2025
Nəhəng ekzoplanetin görüntüsünü əldə ediblər - Fotolar
18:10 / 01-07-2025
İsrailin gizli planı üzə çıxıb - Foto
18:04 / 01-07-2025
“Sputnik Azərbaycan” işi üzrə 7 nəfər saxlanılıb - (Yenilənib) - Fotolar
17:45 / 01-07-2025
İşğal Azərbaycana 150 milyard dollar zərər vurub
17:39 / 01-07-2025
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır
17:31 / 01-07-2025
Moskva ilə münasibətlər niyə pisləşir?
17:23 / 01-07-2025
Vəzifəli şəxslərin cinayət işini məhkəməyə göndəriblər
17:04 / 01-07-2025
Rusiya Azərbaycana nota verib
16:50 / 01-07-2025
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
16:26 / 01-07-2025
Beş şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək - Fotolar
16:16 / 01-07-2025
Rusiya NATO ölkələrinə təhdidlərini davam etdirir
15:47 / 01-07-2025
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir - Foto
15:26 / 01-07-2025
Rusiyanın müdafiə sistemləri istehsal edən zavodu vurulub
15:10 / 01-07-2025
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
14:53 / 01-07-2025
Təkrar sertifikatlaşdırma: 2006 müəllim keçid balını toplaya bilməyib
14:08 / 01-07-2025
Fransada istilər səbəbindən məktəblər bağlanıb
13:59 / 01-07-2025
Rusiya iqtisadiyyatı tənəzzül həddinə çatır, sənaye böyük itki ilə üzləşir
13:34 / 01-07-2025
Baş prokuror Səfərovların öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
13:01 / 01-07-2025
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
12:39 / 01-07-2025
Azərbaycan Dünya Bankı ilə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
12:33 / 01-07-2025
Almaniya Rusiyaya qarşı hərbi gəmilər göndərəcək
12:16 / 01-07-2025
Avropa İttifaqına sədrlik Danimarkaya keçib
12:10 / 01-07-2025
İran nüvə danışıqları üçün şərtlər irəli sürür
11:56 / 01-07-2025
Deputat azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyir
13:16 / 29-06-2025

12:57 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

11:12 / 28-06-2025

13:20 / 29-06-2025

21:03 / 30-06-2025

11:32 / 27-06-2025

23:20 / 27-06-2025

09:57 / 28-06-2025

Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir
Tarix: 04-05-2021 15:00 | Bölmə: Cəmiyyət

(Azərbaycandilli satirik şeirə akademik baxış)
Vətənini ürəkdən sevən, yurduna qəlbən bağlı olan, onun yüksəlişini, ölkələr arasında dürüst sözünü belə səfərbər edən şəxsiyyətlər tarixdə öz yaradıcılıqları və özlərindən sonra qoyub getdikləri ilə seçilir, fərqlənirlər və yaşayırlar.
Onlar öz fərdi istəklərindən uzaqlaşıb, Tanrının ona yurd seçdiyi Vətənin, el-obanın, dərd-sərini özlərinin dərdinə çevirib bu dərdlərin aradan qaldırılması yolunda mücahidə çevrilirlər.
Bu cür insanlar cəmiyyətin hansı təbəqəsində yaşamasından asılı olmayaraq, çalışıb-vuruşur və son anda bu yolda tarixlərdən heç bir zaman silinməyən tarix yazırlar, onların ömrü əsərlərinin xalq arasında yaşaması ilə ölçülür. Müqəddəs Qarabağ torpağının azadlığı uğrunda döyüşüb qələbə sədaları altında ona həyat verən, öz qoynunda böyüdən torpağına qovuşan Qarabağ qəhrəmanları kimi.
Öz danışdığı ana dilinin, bu dildə yazılan ədəbiyyatının, bu ədəbiyyatı yaradan şəxsiyyətlərin özlərindən sonra gələnlərə tanıdılması üçün ömürlərini şama çevirənlər çox olub. Onlardan biri də bütün həyatını öz ana dilinin və ədəbiyyatının tədqiqinə, öyrənilməsinə, qaranlıq qalan səhifələrin işıqlandırılmasına həsr edən, may ayında 85 illiyi qeyd olunacaq qədim Qarabağ torpağının yetişdirdiyi görkəmli şəxsiyyət, akademik, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı”, “Türk dünyasına xidmət” medalları ilə onları təltif olunmuş Tofiq İsmayıl oğlu Hacıyevdir. Çox təəssüf hissi keçirirəm ki, böyük insan, görkəmli türkoloq bizim yaşadığımız bu günü, Qarabağın, o cümlədən doğma yurdu Cəbrayılın azad olunması xəbərini eşitmədi. Azad olunan torpaqlarda qürur, fərəh hissi ilə gəzib dolanmadı.
O, Qarabağ torpaqlarının azad oluncağına öz varlığına inandığı qədər inanırdı və oğlu Azər Hacıyevi də inandırmışdı. Əgər inandırmasaydı, onda oğlu atasından bəhs edərkən hələ 2016-cı ildə yazmazdı: “O, həyatdan böyük bir nisgillə getdi - düşmən tapdağı altında qalmış kiçik vətəni, doğma Cəbrayılı son dəfə görə bilmədi.
İndi ruhunun o torpaqlarda olduğunu düşünür, təsəlli axtarırıq. Amma bu cür təsəlli Tofiq Haciyevin Türkün əvəzsiz dilinə, qələbə dolu tarixinə həsr etdiyi yaradıcılığına uyuşmur. Biz tariximizdəki bu ləkəni çox yaxın bir zamanda yox etməli, yerinə yeni zəfər bayrağı sancmalıyıq!»
Qarabağ uğrunda gedən döyüşlərdən əldə etdiyimiz bugünkü parlaq qələbəmiz əvəzolunmaz türkoloqun qəlbində yaşatdığı pozulmaz inamı və özündən sonra gələnlərdə yaşatdığı təlqini idi ki, biz o xoşbəxt günü bu gün yaşamaqdayıq.
Akademiki təkcə yaşadığı ölkənin bu günü deyil, dünəni və gələcəyi daha çox maraqlandırırdı. Buna görə də o, xalqın, vətənin, yaşadığı mühitin dərdlərini öz dərdinə çevirən Azərbaycanın bütün dəyərli şəxsiyyətlərinin yaradıcılığına müraciət edib, onları dəyərləndirib, xalqın düçar olduğu bəlalardan qurtarmağın yollarını onların öz əsərlərindən gətirdiyi nümunələrlə təsdiq etməyə çalışırdı.
Böyük alim Azərbaycan xalqının işıqlı gələcəyi, inkişafı və maariflənməsi yolunda qorxmadan, çəkinmədən mübarizə aparan M. F. Axundov, C. Məmmədquluzadə, H. B. Zərdabi, M. Ə. Sabir və s. kimi mütəfəkkirlər haqqında onlarla sanballı məqalə, monoqrafiya və əsər yazıb cap etdirmişdir.
Bu yanaşma akademik Tofiq Hacıyevin M. Ə. Sabirin yaradıcılığına münasibətində daha qabarıq şəkildə görünür. O hələ aspiranturada oxuduğu illərdən bu məsələlərə yaxından diqqət göstərmiş, öz xalqının savadlanması və imzasının imzalar içində olmasına çalışan M. Ə. Sabir haqqında yeddi jurnal, 6 qəzet məqaləsi və iki kitab yazıb çap etdirmişdir.
O hələ gənc yaşlarından (1961-ci ildən) M. Ələkbər Sabirin yaradıcılığı ilə yaxından maraqlanmış, şairin anadan olmasının 100 illiyinə həsr etdiyi “Sairin fırçası” adlı məqaləsi ilə “Azərbaycan” jurnalında çıxış etmişdir. Bu məqalədən sonra akademik Tofiq Hacıyevın bir neçə məqaləsi müxtəlif məcmuə və elmi jurnallarda işıq üzü görmüşdür. Akademikin satirik əsərlərlə bağlı yazdığı əksər məqalələrdə M. Ə. Sabirin yaradıcılığına müraciət olunur. Bu məqalələrdə Sabirin özündən əvvəl yazıb yaradan şairlərlə ideya bağlılığı, haqsızlığa nifrət, zəhmətkeş insanlara məhəbbət kimi əxlaqi fikirlər öz əksini tapmışdır.
İlk məqalədən sonra Tofiq Hacıyevin “Füzuli və Sabir” seriyası, “M. Ə. Sabir üslubunda “Molla Nəsrəddin” formaları, “Satirik nitqdə jarqonun xüsusiyyətləri” , “Dilimin satirik gücü”, “İnqilabi-satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri” məqalələrini jurnal səhifələrində dərc etdirmiş, yenə də M. Ə. Sabir yaradıcılığına həsr edilmiş, “Sabir satiraları dini xürufatla mübarizədə”, “Sabirin uşaq şeirləri haqqında”, “Sabirin elmi düşüncələri” (M. Ə. Sabir) adlı məqalələri qəzet səhifələrində işiq üzü görmüşdür.
Bu jurnal və qəzet məqalələrindən başqa professor T. Hacıyev M. Ə. Sabirin həyat və yaradıcılığı ilə bağlı kitab da nəşr etdirmişdir. Kitablardan biri 1975-ci ildə ADU nəşriyyatında çap edilən “Satira dili” əsəri, digəri isə 1980-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş “Sabir: qaynaqlar və sələflər” əsəridir. “Satira dili” əsəri bütünlüklə M. Ə. Sabirə həsr olunmasa da, “Sabir: qaynaqlar və sələflər” əsəri tamamilə M. Ə. Sabirin yaradıcılığına həsr edilmişdir. Kitabda Sabirin Füzuli yaradıcılığından bəhrələnməsi, onun yaradıcılığına şifahi xalq ədəbiyyatı nümunələrinin təsiri, Sabir yaradıcılığının Mirzə Fətəli Axundov yaradıcılığı ilə bağlılığı, Sabir yaradıcılığında “Molla Nəsrəddin”in rolu və Sabir yaradıcılığında C. Məmmədquluzadənin bir şəxsiyyət kimi rolu və sair məsələlər öz əksini tapmışdır. Bundan əlavə, Sabir yaradıcılığının C. Cabbarlı yaradıcılığına təsiri və sair məsələlər qələmə alınmış, bu böyük şəxsiyyətlərin hər birinin yaradıcılığının bir məktəb vəzifəsini yerinə yetirdiyi müqayisəli faktlarla konkretləşdirilmişdir.

Akademik Tofiq Hacıyev “Sabir: qaynaqlar və sələflər” kitabının müqəddiməsi hesab olunan “Daha dərin köklər” bölməsində yazır: “Azərbaycan dilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala çatır: zarafatdan, məzhəkədən yüksəlib, masqaradan, həcvçilikdən çıxıb, mükəmməl ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici gülüşdən sarsıdıcı gülüşə, yumşaq yumordan sərt satiraya keçir”.
Satirik əsərlərin, o cümlədən bu sahədə öz quruluş və axıçılığı ilə seçilən Sabir satiralarının bu qədər diqqətçəkən, təsirli və qaynar olması həmin dövrün eybəcərliklərinin çoxluğunun təsirindən ortaya çıxmışdır. Əgər həyatda baş verən haqsızlıqlar, eybəcərliklər, mənəm-mənəmliklər, başqalarının qismətinə göz dikmək, zavallıları əzmək, mənfiliklər kütləvi hal olmasaydı, onda bu satirik əsərlər hansı səbəbdən yarana bilməzdi?! Yəqin ki, onda heç satirik şeir növü də inkişaf edə bilməzdi.
Elə bu səbəbdən də kitab müəllifi yazır: “Xalq ən qədim dövrlərdən haqsızlığa, qəbahətə, mənfiliklərə nifrət bəsləmiş, qəzəblənmiş və bu satirik janrlarda nifrətini, qəzəbini ifadə etmişdir”.
Kitabın ikinci, eyni zamanda ən geniş bölməsi “M. Füzuli və M. Ə. Sabir” adlanır. Kitab müəllifi hansı məqsədlə bir-birindən 350 illik bir məsafədə yaşayıb - yaratmış bu iki söz cəngavərinin yaradıcılıqlarını müqayisə edir?! Kitabı oxuduqca bir-birindən 350 illik məsafədə yaşayan bu insanların eyni dərdlə yaşadıqları, eyni ağrıları yaşadıqları gecə qaranlığında parıldyan şimşək kimi göz qamaşdırır.
Bu iki həmdərdi tarixlərin uzaq keşməkeşləri ayırsa da, onları eyni dərd, eyni əqidə, eyni məslək birləşdirir. Bu birlik, bu eynilik haradan və nədən qaynaqlanmışdır?!
Mən fikirləşmədən deyərdim ki, böyük satirikin dahi türk oğlu, qələmini bir çox sahələrdə sınayan, öz “Leyli və Məcnun” ilə türk dilinə əbədi və möhtəşəm abidə ucaldan Füzuliyə, onun yaradıcılığına tükənməz sevgisindən irəli gəlmişdir.
Kitabda akademik Füzuli yaradıcılığı ilə Sabir yaradıcılığı arasında çoxlu paralellər aparır və bu qənaətə gəlir ki, Sabir uzun müddət Füzuli yaradıcılığından bəhrələnsə də ilk əvvəllər şairin Füzuli şeirlərinin təsiri ilə yaratdığı şeirlər çox sönük görünür və Füzuli səviyyəsinə qalxa bilmir. Bunu nəzərə alan Tofiq Hacıyev yazır: “Sabir yaradıcılığı Fizuli yaradıcılığından qidalansa da, onların yaradıcılıqları arasındakı fərq aradan qaldırılmamış, Sabir bu xətti heç zaman keçib gedə bilməmişdir”. Tofiq Haciyev göstərir ki, Füzuli zirvəsinə nəinki Sabir, heç onun müəllimi S.Ə.Şirvani də ucala bilməmişdir.
Bunu nəzərdə tutaraq T. Hacıyev yazır: “Sabir görürdü ki, Füzuli məktəbimin ən istedadlı nümayəndəsi olan öz müəllimi Seyid Əzim belə onun bərabərinə çata bilməmiş və Füzuli üslubunda təxminən yeni heç bir şey deməmişdir.”
Kitab müəllifi nümunələrlə göstərir ki, Sabir uzun müddət Füzulinin cazibə qüvvəsində qalsa da, sonradan o bu tilsimindən çətin də olsa, uzaqlaşa bilir, özünü poeziya üfüqlərində daimi yaşadan yeni bir yola qədəm qoyur və bu yol onu Füzuliyə pərəstişkarlığından kənarlaşmağa kömək edir.
Sabirin Füzuli yardıcılığından ayrılıb özü üçün yeni bir bənzərsiz cığır açması və bu cığırdan keçdikdən sonra əlçatmaz uğurlar əldə etməsi kitabın dördüncü, “Müstəqil üslub yollarında” bölməsin də öz əksini tapmışdır.
Verilən nümunə və aparılan təhlillərdən belə məlum olur ki, Sabir təkcə Füzuli yaradıcılığından deyil, öz dünyagörüşünə, ideyalarına uyğun gələn digər mütəfəkkirlərin də yaradıcılığından qidalanmışdır. Bu yaxınlıq təkcə insan sənətkarlığına olan vurğunluqdan, sənətkarlıq xüsusiyyətlərini hesabıa deyil, sənətkarlığı ilə də digərlərindən kəskin surətdə fərqlənməklə, onların qarşılarına qoyduqları məqsəddən, amaldan da asılı idi.
Sabirin şəxsiyyətinə və tutduğu poetik yola hörmət bəslədiyi görkəmli sənətkarlardan biri də Azərbaycan dramaturgiyasının banisi, hamının savadlanması üçün yeni əlifba uğrunda mübarizə aparan şair, publisist, dövlət adamı, eyni zamanda yurddaşlarının savadlanması üçün əlindən gələni əsirgəməyən M. F. Axundov idi.
Müəllif qeyd edir ki, Sabir təkcə Füzuli yaradıcılığını sevib, ondan qidalanmır, bu vurğunluq onun M. F. Axundov yaradıcılığına olan münasibətində də özünü göstərir.
Kitabın “Eyni səviyyə” bölməsində müəllif Sabirin M. F. Axundova, onun yaradıcılığına, yazdığı əsərlərdəki personajlara olan vurğunluğunu nəzərə alaraq yazır: “Müəllim seçmək məsələsi qarşısında dursa idi, Sabir bunu heç də problemə çevirmədən bütün sələflərindən öyrənməkdən imtina etmədən, şübhəsiz, M. F. Axundovu, həmişəlik özünə müəllim seçərdi. Yeganə müəllimdən dərs almağı heç kəs qanun zoruna qəbul etdirə bilməz. Sabir də həm Axundovdan, həm də Füzulidən dərs alırdı”.
Kitabda Sabirin Axundova olan münasibətindən bəhs edən bölmələri oxuyanda duyursan ki, insan kamilliyi birtərəfli, kiminsə əsərləri-yaradıcılığı ilə tanış olmaqla başa gəlmir. Kamil, yaradıcı insan tarixdə qalmaq, yaddaşlara yazılmaq, tarixdən silinməmək üçün mütləq geniş elmi dünyagörüşə, fasiləsiz mütaliəyə sahib olmalıdır. Elə bunu nəzərə alaraq kitabda yazılır: “Sabir Axunov ideyalarını məhz Füzulidən öyrəndiyi, mənimsədiyi sənətkarlığın gücü ilə öz yaradıcılığındakı məlum zirvəyə qaldırır”.
Müəllif Sabirin M. F. Axundov irsi ilə tanışlığı haqqında əldə heç bir rəsmi sənədin olmadığını qeyd edir. Lakin tutduğu yol, gördüyü işlər, qarşısına qoyduğu həlli tələb olunan məsələlər isə Sabirin Axundov yaradıcılığından qidanlandığını göstərən faktlar kimi ortaya qoyulur.
Bununla bağlı Tofiq Hacıyev yazır: “Böyük satirikin M. F. Axundov irsi ilə bilavasitə tanışlığı haqqında hələlik heç bir tarixi sənəd yoxdur. Lakin bu sənədsizlik iki sənətkarın üslub yaxınlığı kimi böyük faktın qarşısnda gücsüzləşir”.
Tofiq Hacıyev Sabirlə Axundovu müqayisə edəndə onların hər ikisinin yaradıcılığının xalq mənafeyinə xidmət etdiyini, xalqın dərdinin öz dərdi hesab edib, onu aradan qaldırmağın yollarını axtardıqlarını xüsusi olaraq qeyd edir. Bunu nəzərə alaraq kitab müəllifi yazır: “Ədəbiyyatımızın tarixindəki inqilabi çevriliş cəsarətinə görə M. Ə. Sabiri nə Q. B. Zakirlə, nə S. Ə. Şirvani ilə yox, məhz və yalnız M. F. Axundovla müqayisə etmək olar, ona bərabər tutmaq olar”. Tofiq Hacıyevin Sabiri Axundovla müqayisə etməsi onların yaşadıqları dövrlərin ictimai-siyasi atmosferinin müqayisəsindən irəli gəlir. Onların yaradacılığında öz əksini tapan inqilabi çevriliş ideyalrını dilə gətirib qələmə almaq müxtəlif formalarda qarşılanırdı ki, bu cür fikirləri irəi sürmək Axundov zamanında çox çətin və məsuliyyətli idi.
Professor Tofiq Hacıyev yazır: “Sabir də ədəbi formalara Mirzə Fətəli tələbləri ilə yanaşırdı. O dövrün tələbinə, “millətin işinə yarayan” formaya müraciət etdi, inqilabi satıranın bünövrəsini qoydu. Axundovla Sabirin yaxınlığı təkcə ideya, məslək birliyində, estetik baxış uyğunluğunda deyildir.
M. F. Axundovun komediyaları ilə M. Ə. Sabir satiraları arasında cidd üslübi təmas vardır”.
Müəllif Axundov və Sabir yaradıcılığında qarşıya qoyulan məqsəd, tənqid hədəfləri, həyata baxış və həlli vacib olan məsələlərdə bir yaxınlıq görür və bu yaxınlığı belə ifadə edir: “Həm M. F. Axundovun, həm də M. Ə. Sabirin üslubunda tənqid başlıca yer tuturdu: onlar ictimai qüsurları amansızcasına ifşa edirdilər. Axundov da, Sabir də mənəvi eybəcərliyin, əxlaqi şikəstliyin, ictimai xəstəliklərin səbəbini mövcüd ictimai quruluşda görürdülər”.
M. Ə. Sabirin “Molla Nəsrəddin” jurnalında ilk dəfə çıxan şeiri haqqında müxtəlif fikirlər söylənilir. Bu məsələ ilə bağlı C. Məmmədquluzadə haqqında nəşr olunan məqalələr toplusunda geniş məlumat verilmişdir.
Müəllif “Molla Nəsrəddin” və M. Ə. Sabir haqqında danışmağa başlayanda yazır: “Molla Nəsrəddin” və M. Ə. Sabir. Bir qədər qəribə səslənir: məgər “Molla Nəsrəddin”lə M. Ə. Sabiri ayrılıqda təsəvvür etmək mümükündür”?!
“Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə və onun dostu Mirzə Ələkbər Sabir bu ədəbi məktəbin iki ən böyük feilidir. “Molla Nəsrəddin”i yığcamlaşdırıb şərti olaraq bir cümlə şəklində təsəvvür etsək, bu isim və bu feil onun baş üzvləridir”.
M. Ə. Sabir ilk şeiri “Molla Nəsrəddin”də nəşr olunandan başlayaraq sona qədər jurnalla əməkdaşlıq etmiş, digər qəzet və jurnallarda çap olunmaqla yanaşı, ömrünün sonuna qədər dost olduğu Cəlil Məmmədquluzadə ilə əlaqəsini kəsməmişdir. Ömrünün sonuna yaxın xəstəliyinin ağır çağlarında dostunun evində qalmış və C. Məmmədquluzadənin sayəsində həkim müayinəsindən keşmişdir.
Bütün bunlar Sabirin Mirzə Cəlillə dostluğunun son dövlərində baş vermişdi. Sabirin Mirzə Cəlillə ilk tanışlığı “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapı ilə başlamışdı. Şamaxıda jurnalın ilk nömrəsini alıb oxuyan Sabir sanki yeni bir aləmlə qarşılaşır. Jurnalın “Sizi deyib gəlmişəm” sərlövhəli məqaləsi ilə tanış olub “Gər qeyriləri cəmdəyinə vursala, dinmə” misrası ilə başlanan şeiri oxuyandan sonra sanki yeni bir aləmə düşür. “Molla Nəsrəddin”in köməyinə çatmağa çalışır. Jurnalın tutduğu yolu, qarşısına qoyduğu məqsədi və üslubunu nəzərə alıb. “Millət necə tarac olur, olsun, nə işim var?!” şeirini yazıb redaksiyaya çatdırır. Bu andan da başlayaraq Sabirin jurnalla sıx əlaqələri başlayır.
Sabirin jurnalla əlaqəsinin yaranmasına işarə edən professor Tofiq Hacıyev yazır: “Beləliklə də, “Molla Nəsrəddin” nadir istedad sahibi olan öz Sabirini tapmışdı. Həm də gözlədiyindən də tez, gözlədiyindən də yaxşı”.
Müəllif “Molla Nəsrəddin”də nəşr olunan Sabir şeirlərinin adi şeirlər olmadığını söyləyir və qeyd edir ki, “Sabirin məqsədi bu sözlərlə döymək, zərbə vurmaqdır. Bunun üçün də onun satiralarında heç bir söz orta çəkidə çıxış etmir; onda hər söz öz ağırlığının ən yüksək dərəcəsindədir. Sabir şeiri üçün sözü maksimum ağırlığı səciyyəvidir.”
Kitabda əvvəldən axıra qədər Sabir yaradıcılığının qidanlandığı mənbələr, lap sonra isə Sabir yaradıcılığından qidalanan C. Cabbarlının böyük satirikə olan məhəbbət və vurğunluğundan ola söhbət açılır.
Konkret faktlarla qeyd olunur ki, Sabir özündən əvvəl yaşayıb-yaratmış Füzuli, Axundov, “Molla Nəsrəddin” dən necə qidalanmışdırsa, C. Cabbarlıda Sabir yaradıcılığından o dərəcədə qidalanmışdır. Sabir yaradıcılığının C. Cabbarlıya təsiri C. Cabbarlı əsərlərində Sabir tiplərinin izləri ayrıca bir tədqiqat əsərinin mövzusudur. Biz ona görə də bu məsələdən geniş şəkildə danışmadıq və yazmadıq.
Akademik Tofiq Hacıyev bu kitabda təkcə satiraya, bu janrda yazan görkəmli sənətkarlara diqqət göstərməmiş, eyni zamanda, bi kitabda diqqət mərkəzinə gətirilən məsələlərin hərtərəfi tədqiqata ehtiyacı olan məsələlər olduğunu göstərmişdir.
Bu kitabda akademik dörd elmi iş mövzusnun, o cümlədən “Sabir və Füzuli”, “Sabir və Axundov”, “Sabir və C. Məmmədquluzadə” və nəhayət “C. Cabbarlı və Sabir” mövzularının işlənməsi vacibliyini diqqətə çatdırmış, bu məsələlərin həllini özündən sonra gələn elm adamlarının öhdəsinə buraxmışdır.
“Son söz yerinə” başlıqlı bölmədə akademik Tofiq Hacıyev Sabir haqqında olan fikirlərinə sanki yekun vururaraq yazır: “Poeziyamızın tarixində, nəhayət, Füzuli “tilsimi” tamam qırıldı. Onu Sabir dağıtdı. Lakin o özü poeziyada yeni bir tilsim yaratdı, Sabir tilsimi!”
Akademik Tofiq Hacıyevin əsərlərində bu və bu kimi, cəsarətli, yeni, yalnız onun özünə məxsus dərin siqlətli fikirlər, əbədi-bədii müzakirələr çoxdur. Yəqin ki, gələcək nəsillər Tofiq müəllimin zəngin irsindən həmişə bəhrələnəcəklər...
Sərdar Zeynal,
Filologiya üzrə elmlər doktoru
Bölməyə aid digər xəbərlər

Tofiq Hacıyev - 85

Dünən, 15:47
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir - Foto
Dünən, 14:08
Fransada istilər səbəbindən məktəblər bağlanıb
Dünən, 08:11
“Trump Victory” ətiri satışdadır
30-06-2025, 16:10
İyul ayının hava proqnozu açıqlanıb
30-06-2025, 13:24
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
30-06-2025, 13:15
Sabahın hava proqnozu açıqlanıb
30-06-2025, 12:55
Məhkəmə hüquq müdafiəçisi ilə bağlı qərar verib
30-06-2025, 10:12
Dinozavr skleti 6 milyon dollara hərraca çıxarılacaq
30-06-2025, 09:27
Hacıqabulda qəza: ölən və xəsarət alan var
30-06-2025, 08:23
Yanğınsöndürənləri atəşə tutublar
29-06-2025, 07:26
29 yaşlı şəxs qayınanasını qətlə yetirib, 3 nəfəri yaralayıb
28-06-2025, 08:32
Beş ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
27-06-2025, 12:57
Prokurorluq Bakıdakı partlayış hadisəsini araşdırır
27-06-2025, 00:25
"Azərbaycanfilm"in ərazisindəki yanğın söndürülüb - (Yenilənib)
27-06-2025, 00:02
Emil Mehtiyev idarə rəisi təyin olunub
26-06-2025, 18:04
Narkotik satan ata və oğlu tutulub
26-06-2025, 16:30
Azərbaycandakı dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub
26-06-2025, 13:15
Sabahın hava proqnozu açıqlanıb
25-06-2025, 22:36
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
25-06-2025, 18:00
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
25-06-2025, 17:44
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
25-06-2025, 16:45
Bakıda əməliyyat: saxlanılanlar var - Video
25-06-2025, 16:39
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
25-06-2025, 15:29
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
25-06-2025, 12:33
Bakıda minik maşını “KamAZ”la toqquşub - İki qadın xəsarət alıb
25-06-2025, 12:26
Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
25-06-2025, 12:03
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
25-06-2025, 11:53
Vətəndaşları aldadan şəxs tutulub
25-06-2025, 11:50
Sabah hava necə olacaq? - Proqnoz
25-06-2025, 11:05
İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır
25-06-2025, 10:29
Qazilərə iki aydır dərmanlar verilmir
25-06-2025, 10:01
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
25-06-2025, 08:27
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
25-06-2025, 07:46
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
24-06-2025, 18:01
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
24-06-2025, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
24-06-2025, 16:02
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
24-06-2025, 15:28
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
24-06-2025, 12:39
Sabah hava necə olacaq? - Proqnoz
24-06-2025, 11:36
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
24-06-2025, 11:30
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
24-06-2025, 10:20
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
24-06-2025, 09:57
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
24-06-2025, 09:45
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
24-06-2025, 08:09
Şahzadə Uilyam tacdan imtina edə bilər
23-06-2025, 17:43
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var