20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir: “Müəllimlər məvaciblərini artırmaq imkanı qazanır”
Tarix: 28-12-2017 10:18 | Bölmə: Cəmiyyət
Nazir: “Müəllimlər məvaciblərini artırmaq imkanı qazanır”

"2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var".

Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyevin təsdiqlədiyi proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərlə bağlıdır: "Burada böyük işlər görülür. Artıq diaqnostik qiymətləndirmə işləri başa çatmaq üzrədir. Bununla əlaqədar müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artıb. Həm məktəb direktorlarının, həm də müəllimlərin əmək haqları yüksəlib. Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanı qazanıblar".

2018-ci ildə bu tendensiyanın davam edəcəyini bildirən nazir qeyd edib ki, diaqnostik qiymətləndirmələr başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı qazanırlar.

Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əmək haqları 35 faiz artırılıb:

"Bəzi kateqoriyalar üzrə müəllimlərin əmək haqqı artımı daha yüksəkdir. Gələn il təhsil xərclərində artım bu məqsədlərə də xidmət edəcək".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər