Tender elanı: kulinariya kataloqunun hazırlanması üçün tapşırıq
Tarix: 15-10-2020 14:28 | Bölmə: Cəmiyyət
Tender elanı: kulinariya kataloqunun hazırlanması üçün tapşırıq

Tender Elanı

Kulinariya kataloqunun hazırlanması Üçün Tapşırıq

Elan: Kulinariya kataloqunun hazırlanması

Layihə: Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı

Tapşırıq: Layihə çərçivəsində kulinariya kataloqunun hazırlanması

Layihə haqqında

“Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən Avropa Birliyinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə icra olunmaqdadır.

Tapşırıq:

Kulinariya kataloqunun hazırlanması

Texniki Göstəricilər:

Kulinariya kataloqunun aşağıdakı texniki göstəricilərə cavab verməlidir:

- Dağlıq Şirvan və Şəki-Zaqatala İqtisadi Rayonlarının kulinariya təcrübəsinin öyrənilməsi;

- Kulinariyanın müqayisəli təqdimatı;

- Hər bir iqtisadi rayon və eləcə də ərazi vahidi üzrə kulinariya ənənənəsinin araşdırılması;

- Asan və anlaşıqlı dildə yazılması;

- Kulinariya kataloqunda istifadə olunması üçün müvafiq şəkillərin seçilməsi və təqdimatı;

- Hər bir qida ilə bağlı konkret reseptlərin təqdim olunması.

Tenderdə iştirak etmək üçün tələblər:

- Bu sahədə təcrübəyə malik olduğunu nümayiş etdirən arayış;

- VEÖN-nin və Nizamnamənin surəti (Hüquqi şəxslər üçün);

- Kulinariya kataloqunun hazırlanması ilə bağlı smeta təklifi.

Müraciət:

Maraqlanan hüquqi və fiziki şəxslər öz təkliflərini [email protected] email ünvanına 20 Noyabr 2020-ci ilədək təqdim edə bilərlər.

Layihə Avropa İttifaqı Tərəfindən Maliyyələşdirilir




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər