Tender elanı: həndbukların hazırlanması üçün tapşırıq
Tarix: 15-10-2020 14:44 | Bölmə: Cəmiyyət
Tender elanı: həndbukların hazırlanması üçün tapşırıq

Tender Elanı

Həndbukların hazırlanması Üçün Tapşırıq

Elan: Həndbukların (handbook) hazırlanması

Layihə: Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı

Tapşırıq: Layihə çərçivəsində 6 (altı) Həndbukun hazırlanması

Layihə haqqında

“Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən Avropa Birliyinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə icra olunmaqdadır.

Tapşırıq:

6 (altı) Həndbukun hazırlanması

Texniki Göstəricilər:

Həndbuklar aşağıdakı texniki göstəricilərə cavab verməlidir:

- Xarici təcrübənin öyrənilməsi və uyğun istiqamətlərin müəyyənləşdirilməsi;

- Yerli praktikanın təhlili və materialda istifadə olunması;

- Yerli qanunvericiliyin öyrənilməsi;

- Bu sahədə ən yaxşı modellərin öyrənilməsi və istifadə olunması;

- Asan və anlaşıqlı dildə yazılması;

- Qrup işlərinin təqdim olunması;

- Müqayisəli təhlillərin verilməsi.

Tenderdə iştirak etmək üçün tələblər:

- Bu sahədə təcrübəyə malik olduğunu nümayiş etdirən arayış;

- VEÖN-nin və Nizamnamənin surəti (Hüquqi şəxslər üçün);

- Həndbukların hazırlanması ilə bağlı smeta təklifi

Müraciət:

Maraqlanan hüquqi və fiziki şəxslər öz təkliflərini [email protected] email ünvanına 20 Noyabr 2020-ci ilədək təqdim edə bilərlər.

Layihə Avropa İttifaqı Tərəfindən Maliyyələşdirilir





Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər