16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
NATO-nun nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub
Tarix: 24-11-2022 16:41 | Bölmə: Cəmiyyət
NATO-nun nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində Azərbayacana səfəri davam edir.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub. Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.




Bölməyə aid digər xəbərlər