Gömrük Komitəsinin 5 əməkdaşna cinayət işi açılıb – İşdən çıxarılanlar var
Tarix: 12-09-2018 13:17 | Bölmə: Cəmiyyət
Gömrük Komitəsinin 5 əməkdaşna cinayət işi açılıb

"Xəyanət və rüşvət almaq bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Komitənin Daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov isə deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb:

"Komitənin Daxili istintaq idarəsində keçirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfərə şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib".

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}