13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Qubadlıda fəhlənin üzərinə qaya parçaları aşıb
Tarix: 08-05-2023 13:00 | Bölmə: Cəmiyyət
Qubadlıda fəhlənin üzərinə qaya parçaları aşıb

Qubadlıda işə gedən fəhlənin üzərinə qaya parçaları aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.

İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq