Nazarbayevin qızı yüksək vəzifəyə seçilib - Foto
Tarix: 20-03-2019 18:02 | Bölmə: Dünya / Xəbərlər
Nazarbayevin qızı yüksək vəzifəyə seçilib

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata yeni sədr seçilib.

Bu vəzifə dünən Qazaxıstan Prezidenti postundan istefa vermiş Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevaya həvalə olunub.

Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva 7 may 1963-cü ildə doğulub.

İlk dəfə 2004-cü ildə deputat seçilib.

Nazarbayevin qızı yüksək vəzifəyə seçilib

2012-ci ildə təkrar deputat seçilən D. Nazarbayeva parlamentin Sosial-mədəni inkişaf komitəsinə rəhbərlik edib.

2014-cü ildə isə parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilib.

O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib.

2016-cı ildən parlamentinin yuxarı palatası olan Senatın deputatıdır.

Dariqa Nazarbayeva Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (1985), Aysultan (1990) və Venera (2000) adlı 3 övladları var.

2007-ci Rahat Əliyevdən ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}