Kamçatkada daha iki zəlzələ baş verib
Tarix: 07-08-2025 23:54 | Bölmə: Dünya
Kamçatkada daha iki zəlzələ baş verib

Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, ilk zəlzələ Petropavlovsk-Kamçatskidən 223 km aralıda, 52,7 km dərinlikdə baş verib. İkinci zəlzələ isə 22 dəqiqə sonra - Petropavlovsk-Kamçatskidən 328 km aralıda, 67,7 km dərinlikdə olub.

Xatırladaq ki, avqustun 5-də Kamçatka sahillərində 6,0 bal gücündə təkanlar baş verib.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ qeydə alınıb. Bu seysmik hadisə zamanı yeraltı təkanların gücü 8,8 bal olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər