Ukrayna ordusu geri çəkiləcək
Tarix: 31-07-2025 07:44 | Bölmə: Dünya
Ukrayna ordusu geri çəkiləcək

Britaniyalı analitik qarşıdakı altı ayda ukraynalıların Dnepr çayının sağ sahilinə geri çəkiləcəyini proqnozlaşdırıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə britaniyalı geosiyasi analitik Aleksandr Merkuris danışıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətində müdafiəni saxlamaq üçün lazımi resursları yoxdur, ona görə Dnepr çayının sağ sahilinə çəkilməli olacaqlar: “Mövqeləri saxlamaq üçün onlarda zəruri materialların olduğuna şübhə edirəm. Mənə elə gəlir ki, ukraynalıların zəruri ağır texnikası və canlı qüvvəsi kifayət qədər deyil”.

ELÇİN




Bölməyə aid digər xəbərlər