Braziliya prezidenti Vaşinqtonu yenə tənqid edib
Tarix: 31-07-2025 07:49 | Bölmə: Dünya
Braziliya prezidenti Vaşinqtonu yenə tənqid edib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ağ evin Ali Məhkəmənin hakimi Aleksandr de Moraisə qarşı sanksiya tətbiq etmək qərarını kəskin şəkildə pisləyib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, o, “X” sosial şəbəkəsində verdiyi açıqlamasında bu kimi addımları milli məhkəmə sisteminə qəbuledilməz müdaxilə adlandırıb.

Məlumatda qeyd olunur ki, sanksiyalar ABŞ Maliyyə Nazirliyi tərəfindən “Qlobal Maqnitski Aktı” adlanan qanuna əsasən tətbiq edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər