Tramp: “Tomagavk”lara özümüzün ehtiyacımız var
Tarix: 17-10-2025 08:12 | Bölmə: Siyasət
Tramp: “Tomagavk”lara özümüzün ehtiyacımız var

“Amerikanın çoxlu sayda “Tomagavk” qanadlı raketləri var, amma ölkənin onlara ehtiyacı var. Ehtiyatımızı tükədə bilmərik”.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərlə söhbətində deyib.

Tramp “Tomagavk” raketlərini “güclü, dəqiq və çox effektiv” adlandırıb.

Qeyd edək ki, ABŞ lideri Ukraynaya “Tomagavk” raketlərinin tədarükü məsələsini Vaşinqtona gələn prezident Zelenski ilə gözlənilən görüşündə müzakirə edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər