17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Co Bayden Türkiyəyə gəlib - ABŞ rəsmisini “Canavar”lar qoruyur
Tarix: 24-08-2016 12:33 | Bölmə: Dünya / Xəbərlər


ABŞ prezidenti Obama hakimiyyətinin ikinci adamı Co Bayden Türkiyəyə gəlib.

Böyük təhlükəsizilik tədbirlərinin görüldüyü Ankaradakı "Əsənboğa" hava limanına enən Baydeni ABŞ-dan gələn təhlükəsizilik qüvvələri qoruyur. Hətta təhlükəsizlik məqsədiylə Türkiyəyə bomba axtarışı üzrə xüsusi itlərdə gətirilib.

Məlumata görə, Baydeni hava limanında Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç və ABŞ-ın Türkiyədəki səfiri Con Bass qarşılayıblar.

Türkiyə mətbuatı xəbər verir ki, o, amerikalıların "Canavar" adlandırdığı iki eyni zirehli maşının da daxil olduğu komvoyla əvvəlcə Türkiyə Böyük Millət Məclisinə gedəcək.

Baydenin bu gün Binəli Yıldırım və Ərdoğanla da görüşü planlaşdırılıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}