20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
NATO-nun Baş katibi Rusiyanı hədələyir
Tarix: 08-09-2016 09:51 | Bölmə: Dünya / Xəbərlər

 

"Gürcüstan NATO-nun üzvü olacaq, bu, Varşava sammitində bir daha təsdiqləndi”.

Bu sözləri NATO-nun Baş katibi Stoltenberq deyib.

Gürcüstanda səfərdə olan Baş katib qonşu dövlətin nə zaman alyansa üzv olacağının rəsmi Tiflisin aparacağı islahatlardan asılı olduğunu bildirib. Onun sözlərinə görə, bir çox sahədə təsirli islahatlar aparan Gürcüstana NATO-ya üzvü olması üçün hər cür dəstək verilir.

Stoltenberq NATO-nun Qara dəniz bölgəsindəki varlığını gücləndirmək istədiyini də gizlətməyib. O, etiraf edib ki, iyul ayında keçirilən Varşava sammitinin qəbul etdiyi qərarlar arasında bu hədəf mühüm yer tutub.

NATO-nun Qara dənizdə qüvvələrini artırmaq istəyini Avro-Antlantik regionun təhlükəsizlik strategiyası ilə əsaslandıran Baş katib bildirib ki, Rusiyanın Krım yarımadasında ciddi şəkildə hərbiləşdirmə siyasəti apardığı müşahidə olunur: "Odur ki, NATO da Qara dənizdəki varlığını artırmağa qərar verib. Bu istiqamətdə hərbi mütəxəssislərlə ciddi şəkildə çalışırıq".

Stoltenberg Alyans üzvlərinin Ukrayna və Gürcüstan kimi ölkələrlə yaxın əlaqələrdə maraqlı olduqlarını, onlarla dialoq qurmağa son dərəcə əhəmiyyət verdiklərini qeyd edib.

Gürcüstanın gözlənilən NATO üzvlüyünə Rusiyanın necə reaksiya verəcəyi ehtimalına da toxunan Baş katib Alyansın qapılarının Gürcüstanın üzünə açıq olduğuna eyham vuraraq deyib: "NATO-nun qapısı açıqdır və biz bunu dəfələrlə nümayiş etdirmişik. Rusiyanın NATO-nun genişlənməsinə etirazlarına baxmayaraq, hədəflərimizdən yayınmamışıq. Artıq Çernoqoriya 29-cu üzvümüz olacaq."

Qeyd edək ki, Stoltenberq Tiflisdə keçirilən NATO-Gürcüstan Komissiyasının 4-cü toplantısında iştirak etmək üçün Gürcüstana səfər edib.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər