İran prezidenti Fidel Kastro ilə görüşdü
Tarix: 20-09-2016 13:45 | Bölmə: Dünya / Xəbərlər


Venesuelada Bloklara Qoşulmayan Ölkələrin Sammitindən sonra İran prezidenti Həsən Ruhani Kubaya birgünlük səfər edib.

Reyting.az xəbər verir ki, H.Ruhani Havanadakı rəsmi görüşlər çərçivəsində 90 yaşlı Fidel Kastronu da ziyarət edib.

Bundan sonra o, Kubanın dövlət başçısı Raul Kastro ilə rəsmi danışıqlar aparıb. "Kuba müqavimət və Amerika qitəsində müstəmləkəçiliyə qarşı mübarizənin rəmzidir!", - deyə İran prezidenti bildirib.

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}