Tarix: 08-03-2016 12:04 | Bölmə: Dünya / Xəbərlər
"Əlimdəki məlumatlara görə, qısa müddət ərzində Türkiyədə xeyli terror hücumları baş verəcək. Qaynaqlarım hadisə yerlərinə xeyli partlayıcı maddə nəqlindən bəhs edirlər. Bu partlayıcılardan konkret harada istifadə ediləcəyi barədə dəqiq məlumat yoxdur. Amma hədəf Türkiyə olacaq”.
Reyting.az saytı Strateq.az-a istinadən xəbər verir ki, bu qorxunc proqnozu Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Mayk Stiltt Türkiyənin "Takvim” qəzetinə açıqlamasında deyib.
Ukraynada mülki vətəndaşları silahlandırıb Rusiya əleyhinə qiyama qaldıran əsas fiqur kimi təqdim olunan MKİ-nin agentinin fikrincə, yaxın zamanda Rusiyanın PKK ilə ortaq şəkildə Türkiyədə terror hücumları təşkil edəcəyi gözlənilir və səbəb məlum təyyarə skandalı ilə bağlıdır: "Putinin PKK və PYD-ni dəstəkləməsinin səbəbi Türkiyənin öz hava sahəsini pozan Rus təyyarəsini vurmasıdır. Rusiya separatçı qruplara silah verərək, eyni şeyi Ukraynada da etmişdi. Kürdlər üçün də eyni ssenarı hazırlanır”.
Rusiyanın PYD və PKK-ya lazımi silah-sursat, pul və təlim verərək Türkiyəyə qarşı içərisində özünün olmadığı bir müharibə açmaq istədiyini bildirən Stilttə görə, Moskvanın bugünkühərbi doktrinası daxili qarşudurmalar yaradaraq, düşmənini çətin vəziyyətə salmaqdan ibarətdir.
Agent həmçinin terror savaşında istifadə olunacaq silahların xarakteri barədə də məlumat verib:"Bu cür terror savaşında kiçik bombalardan istifadə olunur. Həmin bombalar EID adlanır. Professional bomba deyillər. 2 ilə 10 kiloqram arasında ən müxtəlif əşyaların içərilərinə doldurularaq düzəldilən bombalardan söhbət gedir. Kəşfiyyat raportlarına əsasən, bu hücumlar Rusiya tərəfindən təşkil olunur”.
Yaxın gələcəkdə bir çox rus təlimçilərin PKK düşərgələrində və qərargahlarında peyda olacaqlarına əminliyini ifadə edən agent eyni ssenarinin bundan əvvəl Gürcüstanda və Ukraynada sınaqdan çıxarıldığını bildirir:"Adətən, bu təlimçilər FSB ya da SBR agentləri olurlar. Yaxın zamanda onlarla Türkiyədə də qarşılaşa bilərik”.
Stiltt Rusiyanın kürd separatçılarından niyə döyüşçü kimi yox, məhz terrorçu kimi faydalanmasının səbəblərinə də aydınlıq gətirib:
"PKK və PYD-nin Türkiyəyə qarşı açıq-aşkar döyüşmək üçün lazımlı təcrübəyə, nəzəri və texniki məlumatlara və insan gücünə sahib deyil. Açıq döyüş onların sonu olur. Ata biləcəkləri yeganə addım terror taktikalarına üstünlük verməkdir. Vətəndaş itaətsizliyinə yol açmaq üçün əllərindən gələn hər şeyi edəcəklər. Ukraynada yaşanan bənzər hadisələr nə zaman sizdə də ortaya çıxarsa, separatçıların yanında rus təlimçiləri peyda olacaqlar. Hansı kı, təbliğat, vətəndaşları aldatmaq və terrorçu yetişdirmək onların ixtisasıdır”.
Agent Mayk Stillt PKK-çıların Rusiyaya bu qədər yaxın olduqlarını ilk dəfə görəndə çox təəccübləndiyini də gizlətməyib.
Bölməyə aid digər xəbərlər