09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ kürdlərin referendumuna qarşı çıxır
Tarix: 26-09-2017 09:57 | Bölmə: Dünya / Xəbərlər
ABŞ kürdlərin referendumuna qarşı çıxır

İraq Kürd Muxtariyyətinin müstəqilliklə bağlı keçirdiyi referenduma ABŞ da rəsmi reaksiya verib.

Ağ Evdən verilən açıqlamada İraqın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb:

"ABŞ İraqın ərazi bütövlüyündən yanadır. Biz bütöv İraqın İŞİD-i yox etməsinə ümid edirik".

Ağ Evdən bildirilib ki, ABŞ İŞİD-i yox etmək və İranı geri çəkindirmək üçün bölgədə parçalanmış deyil, birləşmiş bir İraq dövləti görmək istəyir.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb