Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
Yerə bənzəyən planet kəşf olunub
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-03-2016 15:45 | Bölmə: Dünya / Xəbərlər

Türkiyə dünən tarixinin bəlkə də ən qanlı təxribat hadisəsinin qarşısını alıb. Söhbət Novruz bayramı günündə planlaşdırılan çoxsaylı terror aktının həyata keçirilməsinə imkan verməməkdən gedir.
Strateq.az-ın bir müddət əvvəl xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin bir sıra şəhərlərində terror hücumları gözlənilirdi.Maraqlıdır ki, təhlükəgözlənilənin əksinə –PKK-dan yox, İŞİD-dən gəlirmiş! (Xəbərin detallarını bu linkdən oxuya bilərsiniz: Türkiyəyə PKK-dan "qanlı Novruz xonçası”: Ankara üçün təhlükəli günlər yaxınlaşır)
Xarici kəşfiyyat qurumlarının xəbərdar etdiyi və türk xüsusi xidmət orqanları tərəfindən də təsdiqlənən bu qanlı planların baş tutmaması üçün qardaş ölkədə 200 mindən artıq polisi gücləndirilmiş iş rejiminə keçirilib, təhlükə gözlənilən bütün şəhər və vilayətlərdə Novruz şənlikləriqadağan edilib. Daha sonra bu qadağalar Novruz şənlikləriylə məhdudlaşmayıb, digər böyük insan kütləsinin iştirak edəcəyi toplantıların da qarşısı alınıb.Dünən keçirilməsi planlaşdırılan Galatasaray-Fənərbaxça derbisinin əvvəl tamaşaçısız oynanmasına qərar verilməsi, sonra isə oyun tamamilə təxirə salınması da bu qəbildəndir.
Türk futbol azarkeşlərinin ciddi reaksiyasına səbəb olan bu addımın səbəbləri daha sonra aydınlaşıb.Məlum olub ki, İŞİD-in terror təhdidi səbəbindən bu qərar verilib.
Bildirildiyinə görə, İŞİD-in planında ötən ilin sonlarında Parisdə törədilmiş terror aktının bənzərini dünən İstanbulda həyata keçirmək niyyəti varmış: Qalatasaray-Fənərbaxça derbisi sonrası stadiondan çıxan tərəfdarlar arasında eyni vaxtda 3 yerdə canlı bombalar partladılacaq, sonra futbol azarkeşləri içərisinə daxil olmuş terrorçular tərəfindən ətrafa necə gəldi atəş açılaraq, insanlar güllə-baran olunacaqmış.
Xəbərdə o da qeyd olunur ki, İŞİD-in planında əslində futbol azarkeşlərini hədəfə almaq niyyəti əvvəl yox imiş. Onlar İstanbulda keçirilməsi planlaşdırılan Novruz şənliklərini qana bələməyi düşünürmüşlər. Sadəcə, bayram şənliyinin qadağan olunması terror təşkilatını öz qanlı planlarını derbi matçında həyata keçirməyə yönəldib.
Türk kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlarda bu məqsədlə Suriyadan 3 kamikadzenin Türkiyəyə gəldiyi barədə də dəqiq məlumatlar var. Hətta baş tutmayan terror aktının kim tərəfindən planlaşdırıldığı da bilinir.Ssenarinin müəllifinin İŞİD üzvləri arasında Gaziantep əmiri kimi tanınan "Əbu Əli" kod adlı Yunus Durmaz imiş.
Ankaradakı hücumun da planlaşdırıcısı olan bu adam 100-dən artıq insanın ölümüylə nəticələnən həmin hadisədən sonra axtarışdadır və haqqında qiyabi həbs qararı verilib.Yunus Durmazın Ankara hücumundan sonra Suriyaya qaçdığı, son ssenarisini həyata keçirmək üçün yenidən Türkiyəyə keçdiyi də aydınlaşıb.Ehtimallara görə, o, dünən İstanbulda imiş. Lakin türk xüsusi xidmət orqanlarının bütün axtarışlarına baxmayaraq, "Gaziantep əmiri"nitapmaq mümkün olmayıb.
İstanbulda baş tutmayan terror aktı Yunus Durmazın türk xüsusi xidmət orqanları tərəfindən deşifrə edilib reallaşmasına imkan verilməyən yeganə ssenarisi deyil. MİT hələ ötən ilin 15 noyabrında Antalyada keçirilən G-20 sammitinin təhlükəsizliyini təmin etmək üçün Yunus Durmazın Gaziantepdəki evinə basqın etmiş, baş terrorçunu yaxalaya bilməsə də, bir sıra rəqəmsal məlumatlar əldə etmişdi. Həmin məlumatlarda sammit ərəfəsində 18 vilayətin 25 nöqtəsini hədəf alan hücum planı ortaya çıxmışdı.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər