16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
ABŞ PKK-ya silah və hərbi texnika göndərib - Ərdoğan
Tarix: 17-12-2017 15:48 | Bölmə: Dünya / Xəbərlər
ABŞ PKK-ya silah və hərbi texnika göndərib

"ABŞ 4 min yük maşınından çox silah, texnika, tank və topu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə göndərib. Rəqqa şəhərində PYD/YPG-nin İŞİD terror təşkilatı ilə əməkdaşlığı birinci dəfə deyil, sonuncu nümunələrdən biridir. Suriyada "İŞİD-ə qaç, PYD/YPG-yə tut" deyən bir mərkəz var".

Reyting.az APA-ya istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Karaman rayon təşkilatının konfransında söyləyib.

R. T. Ərdoğan deyib ki, Suriyanın Rəqqa şəhərindəki "teatr səhnəsi" PKK və İŞİD-in bir-birinin oxşarı olduğunu bir daha göstərib. Türkiyə prezidenti terror təşkilatlarından ölkələri parçalamaq planını yerinə yetirmək üçün istifadə edildiyini bəyan edib:

"Mən şəxsən ABŞ prezidenti Donald Trampa dedim ki, siz havadan dəstək verin, biz Rəqqa şəhərini İŞİD-dən azad edək. Ancaq PYD/YPG ilə birgə hərəkət etməyə üstünlük verdilər. Türkiyə "Fərət qalxanı" əməliyyatı ilə Suriyada terror dövlətinin qurulmasının qarşısını alıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}