17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Serj Sarkisyan Ermənistanın baş naziri seçilib - Səsvermə
Tarix: 17-04-2018 16:52 | Bölmə: Dünya / Xəbərlər
Serj Sarkisyan Ermənistanın baş naziri seçilib

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri seçilib.

News.am xəbər verir ki, səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub.

Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib.

Qeyd edək ki, Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda keçirilib. Hazırda parlamentin üzvü, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyası keçirir.

Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.(Mənbə:APA)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}