Transseksual qadın "Kainat gözəli" seçilə bilər - Fotolar
Tarix: 06-12-2018 22:30 | Bölmə: Fotoqalereya
Transseksual qadın "Kainat gözəli" seçilə bilər

Dekabrın 17-si Taylandın paytaxtı Bankokda "Miss Universe" ("Kainat gözəli") gözəllik yarışması keçiriləcək.

Xarici KİV-lər xəbər verir ki, müsabiqədə iki transseksual qadın da iştirak edəcək. Onlardan biri, ispaniyalı Angela Pons favorit kimi göstərilir.

27 yaşlı model "Time" dərgisinə müsahibə verərkən bildirib ki, əgər tacı qazansa, sübut dəcək ki, transseksual qadınların da cəmiyyətdə yeri adi qadınlar qədərdir.

Angela 16 yaşında hormon müalicəyə başlayıb. 24 yaşında əməliyyat olunub. O, iyulda İspaniyada keçirilən gözəllik yarışmasında birinci yerə çıxıb.

Qeyd edək ki, "Miss Universe"də ikinci transseksual qadın Kolombiyadan olan Valeria Moralesdir.(Mənbə: Axşam.az)

Transseksual qadın "Kainat gözəli" seçilə bilər
Transseksual qadın "Kainat gözəli" seçilə bilərTransseksual qadın "Kainat gözəli" seçilə bilərTransseksual qadın "Kainat gözəli" seçilə bilər




Bölməyə aid digər xəbərlər
20-10-2022, 07:35 Ağalı kəndi... - Fotolar
7-11-2021, 18:19 Zəfər yolu... - Fotolar
21-10-2021, 08:23 Azad Zəngilan - Fotolar
5-10-2021, 13:48 Qələbə sevinci - Fotolar
23-12-2020, 19:21 Bizim Qubadlı - Fotolar

{sape_links}{sape_article}