Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
Tarix: 16-10-2025 11:37 | Bölmə: Slayd
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Reyting.az
“Bakupost”a istinadla xəbər verir ki, silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.

***

Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında baş verən silahlı insidentdə yaralananların durumu açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.

Bildirilib ki, oktyabrın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir".




Bölməyə aid digər xəbərlər