Ermənilərin Xankəndi-Gorus istiqamətində keçidinə şərait yaradılıb
Tarix: 19-09-2023 12:20 | Bölmə: Gündəm
Ermənilərin Xankəndi-Gorus istiqamətində keçidinə şərait yaradılıb

Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.

Reyting.az
xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisi olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}