Qarabağın erməni sakinlərinə növbəti dəfə yanacaq göndərilib
Tarix: 26-09-2023 16:41 | Bölmə: Gündəm
Qarabağın erməni sakinlərinə növbəti dəfə yanacaq göndərilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

Reyting.az
xəbər verir ki, 26 sentyabrda dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə gedib.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yüklü iki avtomobil Qarabağa yola salınmışdı.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}