Prokuror vəzifələrinə təyinatlar olub - Siyahı
Tarix: 11-07-2024 15:15 | Bölmə: Gündəm
Prokuror vəzifələrinə təyinatlar olub

Baş prokuror Kamran Əliyevin əmri ilə Fərid Nağıyev Qaradağ rayon prokuroru təyin edilib. F. Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində çalışıb.

Reyting.az
xəbər verir ki, Kamran Əliyevin digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyinat alıb. T. Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.




Bölməyə aid digər xəbərlər