13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Kolleclərə boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
Tarix: 04-09-2024 16:17 | Bölmə: Gündəm
Kolleclərə boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Reyting.az
DİM-ə istinadla xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 2904 abituriyent ərizə təqdim edib. Onlardan 1441 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.




Bölməyə aid digər xəbərlər