12:31 / 05-02-2025
Sabah yağış yağacaq
Qazaxıstanlı nazir: "Yaxın günlərdə qəza ilə bağlı ilkin nəticələr açıqlanacaq"
Tarix: 04-02-2025 10:56 | Bölmə: Gündəm
Qazaxıstanlı nazir: "Yaxın günlərdə qəza ilə bağlı ilkin nəticələr açıqlanacaq"

Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.

Bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələdədir.

"Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də demişdik ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.

Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir", - o qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər