İlham Əliyevlə Ərdoğan görüşdü - Foto
Tarix: 23-05-2016 17:59 | Bölmə: Gündəm


İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanilə görüşü olub.

Reyting.azAzerTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb. 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}