Şimali Makedoniya prezidenti Azərbaycana gəlib
Tarix: 10-03-2025 22:30 | Bölmə: Gündəm
Şimali Makedoniya prezidenti Azərbaycana gəlib

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Şimali Makedoniya prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.




Bölməyə aid digər xəbərlər