Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib) - Fotolar
Tarix: 28-10-2025 12:45 | Bölmə: Slayd
Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib)

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, mərasim şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.

Tədbirdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib.

A. Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

Allah rəhmət eləsin!





***

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Nərimanov rayonu Atatürk prospektində evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Mübariz Şahmurov 1963-cü ildə Sabirabad rayonunun Navdan kəndində anadan olub. 26 fevralı 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahüseynov Lətif Qəribalı oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Bu gün Sumqayıt şəhəri 42-ci məhəllədə şəhidin ailəsnin yaşadığı ünvanda vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Lətif Şahüseynov 1969-cu ildə Sumqayıt şəhərində anadan olub.

29 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 41 nömrəli peşə məktəbində təhsilini davam etdirib.

1987-ci ildə Rusiyanın Volqoqrad şəhərində hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra vətənə dönüb. 1992-ci ilin iyun ayında Milli Ordu sıraların qoşulub.

Elə həmin il Xocavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Sonradan məlum olub ki, Lətif Şahüseynov Zaqatala rayonunun Dağlı kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunub.





Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər