Dünyanın ən bol sulu çayları hansılardır?
Tarix: 17-11-2025 18:14 | Bölmə: Cəmiyyət
Dünyanın ən bol sulu çayları hansılardır?

Bu ilin noyabr ayında təqdim olunan yeni infoqrafikada dünya üzrə ən güclü axarlı, həmçinin böyük və bol sulu çaylarının adı sıralanıb. Yeni siyahıya saniyədə 224 min kubmetr su axını ilə Amazon çayı liderlik edir. Bu rekord göstərici hətta onu digər dörd çayın toplamından belə güclü edir.

Reyting.az
xəbər verir ki, Cənubi Amerika nəhəngi sayılan Amazon hətta ən quraq aylarda belə digər böyük çayların daşqın dövrlərində çatdığı güclü su səviyyəsini ötürür.

İlk onluqda Asiyanın bəzi çayları - Qanq, Braxmaputra, Meqna, Yanqtsı, Yenisey və Lena da yer alıb. Bu çaylar həm regionun kənd təsərrüfatı, həm də enerji təhlükəsizliyi üçün böyük həyati əhəmiyyət daşıyır.

Bu statistikada yer alan Afrikanın Konqo çayı saniyədə 41 400 kubmetr gücündəki axını və bol suyu ilə ilk beşliyə daxil olan yeganə Afrika çayıdır.

Şimali Amerikanın məşhur Missisipi çayı, eyni zamanda, "dəlisovluğu, həmçinin sakit qalmağı yaxşı bacaran" Sent-Lorens çayı böyük su hövzələrinə malik olsa belə, yenə mülayim göstəricilərlə yadda qalıb. Avropanın Volqa, eləcə də Dunay çayları isə siyahının sonlarında yer alıb ki, bu da regionun iqlimi və çay tənzimləmələrinin çoxluğu ilə bağlıdır.

Flay, Mambraamo, Sepik və Yeni Qvineyanın intensiv yağıntıları sayəsində bol su mənbələrinə çevriliblər. Bu çaylar kiçik su hövzələrinə malik olsalar da, yüksək su sərfi nümayiş etdirirlər.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər