Gürcüstan Ukraynanı ittiham edir
Tarix: 17-11-2025 17:23 | Bölmə: Dünya
Gürcüstan Ukraynanı ittiham edir

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna hökumətini gürcü xalqına qarşı “nankorluqda” ittiham edib.

Reyting.az
-ın məlumatına görə, Papuaşvili deyib ki, Ukrayna hakimiyyəti gürcü xalqına qeyri-dost münasibəti göstərir.

“Ukrayna hökuməti dəstək alanda ilk növbədə minnətdarlıq bildirməli, nankorluq etməməlidir. Təəssüf ki, Zelenskinin hökuməti gürcü xalqına qarşı nankorluğu ilə seçilir”, - Papuaşvili bildirib.

Natiq açıqlamalarında Kiyevi “Tbilisini Rusiya ilə gərginliyə sürükləməyə” cəhddə də ittiham edib və sabiq prezident Mixail Saakaşvilini yada salıb: “Əvvəlcə Saakaşvilini gizlicə Gürcüstana göndərdilər, sonra isə Podolyakın açıqlamaları vasitəsilə bizi Rusiya ilə gərginliyə sürükləməyə çalışdılar”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər