12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Prezidentlərin görüşü razılaşdırıldı - Həmsədlərin bəyanatı yayıldı
Tarix: 03-06-2016 14:21 | Bölmə: Gündəm


ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağla bağlı bəyanat yayıblar.

Sözügedən bəyanat həmsədrlərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşündən sonra açıqlanıb.

"Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdırma üzrə mexanizminin yaradılması barədə təklifləri nazirlərə təqdim ediblər”,- deyə müraciətdə qeyd olunur.

Öz növbəsində nazirlər münaqişənin həlli üzrə danışıqların bərpası üçün prezidentlərin iyun ayında keçiriləcək görüşə razılıq verdiklərini təsdiq ediblər.​(AzNews.az)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər