16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Prezident açılışda: "Böyük islahatlar aparılacaq"
Tarix: 16-05-2019 18:54 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.
Reyting.az Azərtac-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və "Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat veriblər.
Qeyd edək ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən isə "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın yaradılmasında məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafını, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin etməkdir. Bundan başqa, bu layihənin icrası əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi daşıyır. Ümumi sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlara görə gömrük rüsumundan azaddırlar.
Park yaradılandan bəri burada əczaçılıq sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Reallaşdırılan mühüm layihələrdən biri də şpris zavodudur. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan "Diamed Co” MMC tərəfindən inşa edilib.
Dövlətimizin başçısı zavodu işə salıb.
Bildirilib ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə "Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşüb.
Müəssisənin kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Bu gün Pirallahı rayonunda çox əlamətdar hadisəni qeyd edirik. Burada istehsal ediləcək şprislər bizim səhiyyə sistemində istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürmüş olacaq.
Hər bir yeni müəssisənin açılışı məni sevindirir. Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq.
Bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək olar ki, yoxdur. Son illərdə Pirallahı rayonunda çox böyük quruculuq-abadlıq işləri aparılıb, rayonun, adanın siması gözəlləşib, çox böyük inkişaf var, yaşayış binalarının təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması, yəni, bütün bunlar rayonun gələcək inkişafına qoyulan sərmayədir və rayona göstərilən diqqətdir.
Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək.
İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir.
Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı artıq icra edilməyə başlamışdır. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Biz bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsinə daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. Digər zavodların fəaliyyətə başlaması nəzərdə tutulur. O cümlədən sosial məsələlər öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi evlə təmin olunacaq, məktəb tikilir. Yəni, bu gün bu zavodun timsalında görülmüş işlərin gözəl nəticələrini görürük, siyasətimizin uğurlu nəticələrini görürük və bu, bizi gələcəkdə yeni addımların atılmasına sövq etməlidir. Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.
İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü göstərir. Əminəm ki, növbəti dövrdə həm sənaye, həm kənd təsərrüfatı, həm də infrastruktur sahələrində daha geniş miqyasda əlavə nəticələr olacaqdır.
Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, zavodun əməkdaşlarına uğurlar arzulayıram. Sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
Bölməyə aid digər xəbərlər

X X X
Sonda xatirə şəkli çəkdirildi.
Bölməyə aid digər xəbərlər
Bu gün, 11:16
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
Dünən, 12:43
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
16-09-2025, 19:49
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
16-09-2025, 17:44
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
16-09-2025, 17:36
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
16-09-2025, 16:41
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16-09-2025, 16:25
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16-09-2025, 15:39
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
16-09-2025, 13:39
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
16-09-2025, 12:23
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - Fotolar
16-09-2025, 11:51
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
16-09-2025, 10:20
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
16-09-2025, 10:08
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
15-09-2025, 16:09
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15-09-2025, 15:58
Əli Əsədov sərəncam imzalayıb
15-09-2025, 15:55
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15-09-2025, 15:27
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15-09-2025, 10:59
İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub - Fotolar
15-09-2025, 10:55
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
15-09-2025, 09:56
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış olub - Fotolar
14-09-2025, 17:31
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
14-09-2025, 10:10
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
13-09-2025, 13:27
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
13-09-2025, 12:21
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
12-09-2025, 15:14
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
12-09-2025, 08:14
Ermənistan iki cəbhədə işləyir
11-09-2025, 16:36
Prezident İlham Əliyev sərəncam imzalayıb
11-09-2025, 16:08
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
11-09-2025, 11:40
Nazir: 113 müəssisə ilə bağlı qərar veriləcək
10-09-2025, 15:44
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
10-09-2025, 15:11
Əli Əsədov yeni qərar imzalayıb
10-09-2025, 14:35
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
10-09-2025, 14:05
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
10-09-2025, 13:58
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
10-09-2025, 10:28
Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib - Video
9-09-2025, 23:25
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
9-09-2025, 17:01
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
9-09-2025, 13:55
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
9-09-2025, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
8-09-2025, 16:02
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
8-09-2025, 15:55
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
8-09-2025, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam