16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO
Tarix: 17-05-2019 17:24 | Bölmə: Gündəm
Prezident yeni səfirin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

Reyting.az
xəbər verir ki, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçib.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir əminliyini ifadə edib ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}