20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məcburi köçkünlərin "çörək pulu" ilə bağlı qərar dəyişəcək? - Yeni iddialar
Tarix: 10-09-2019 14:03 | Bölmə: Gündəm
Məcburi köçkünlərin "çörək pulu" ilə bağlı qərar dəyişəcək? - Yeni iddialar

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin - “çörək pulu”nun yenidən artırılması məsələsi gündəmdədir.

Reyting.az
xəbər verir ki, Cebhe.info-nun yaydığı məlumata görə, hazırda “çörək pulu”nun artırılması üçün iki versiya üzərində iş aparılır.

Belə ki, birinci versiya hər məcburi köçkün ailəsinə birdəfəlik 10 min manatın verilməsidir. Bu versiya reallaşarsa, birdəfəlik 10 min manat ödənilməklə, “çörək pulu” məsələsi gündəmdən çıxacaq və bundan sonra heç kəsə verilməyəcək.

İkinci versiya isə “çörək pulu”nun artırılaraq 91 manata çatdırılmasıdır. Bu versiyada isə nəzərdə tutulur ki, “çörək pulu” 91 manata çatdırılandan sonra bu məbləğin artırılması məsələsi birdəfəlik qapanacaq, daha heç vaxt artırılmayacaq.

Qeyd edək ki, hazırda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği hər nəfər üçün 60 manatdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər