10:58 / 01-09-2025
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
10:39 / 01-09-2025
“Xəzər asayişi” Alyansı - Xəqani Cəfərli yazır
10:35 / 01-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
10:17 / 01-09-2025
Fransanın Bakıdakı keçmiş səfiri ölkəni tərk edib: "Vaxt nə tez gəlib keçir" - Foto
10:11 / 01-09-2025
İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü olub
10:10 / 01-09-2025
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib)
10:09 / 01-09-2025
Ruslar 6 ay ərzində 130 yaşayış məntəqəsini işğal edib
09:59 / 01-09-2025
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - Foto
09:51 / 01-09-2025
Balakən dağlarında əməliyyat: silahlı şəxslər həbs olunub
08:55 / 01-09-2025
Çində Əliyev-Ərdoğan görüşü keçirilib - (Yenilənib) - Foto
07:57 / 01-09-2025
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
07:50 / 01-09-2025
Avtomobili Rusiya konsulluğunun darvazasına çırpıb
07:42 / 01-09-2025
Sanksiyalar Putinin Çin səfərinə mane ola bilməyib
07:23 / 01-09-2025
20-yə yaxın gəmi Qəzzanın blokadasını yarmağa gedir
07:15 / 01-09-2025
Tramp: Vaşinqtonda cinayətkarlıq üzərində qələbə çaldıq
07:10 / 01-09-2025
ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirlir
18:20 / 31-08-2025
Putin Çində Paşinyanla görüşüb
15:02 / 31-08-2025
İlham Əliyev Çində görüşlər keçirib - (Yenilənib) - Fotolar
14:51 / 31-08-2025
İlham Əliyev kralı təbrik edib
12:15 / 31-08-2025
Salyanda avtomobil kanala aşıb - Bir nəfər ölüb, beş nəfər xəsarət alıb
11:37 / 31-08-2025
İlham Əliyev Sadır Japarova məktub göndərib
10:15 / 31-08-2025
Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir
09:50 / 31-08-2025
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
09:16 / 31-08-2025
Hikmət Hacıyev: Zəngəzur dəhlizi Orta dəhlizin imkanlarını genişləndirəcək
09:10 / 31-08-2025
"Qarabağ" bu gün daha bir komanda ilə qarşılaşacaq
08:49 / 31-08-2025
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü keçirilib - (Yenilənib) - Fotolar
19:36 / 30-08-2025
Bu gündən Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
19:30 / 30-08-2025
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
18:08 / 30-08-2025
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
18:09 / 27-08-2025

13:31 / 28-08-2025

12:50 / 27-08-2025

13:54 / 27-08-2025

19:36 / 30-08-2025

16:24 / 27-08-2025

21:29 / 28-08-2025

23:00 / 28-08-2025

08:13 / 30-08-2025

19:01 / 29-08-2025

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Tarix: 18-09-2019 08:56 | Bölmə: Gündəm

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.
Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı nəzərdə tutulub.
Onlar arasında Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqaları var. Festival çərçivəsində 40-a yaxın tədbirlərin keçirilməsi planlaşdırılır.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H. Sarabski (Mərcan bəy), Ə. Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.(Report)
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:59
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - Foto
Bu gün, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
Dünən, 11:37
İlham Əliyev Sadır Japarova məktub göndərib
Dünən, 09:50
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
30-08-2025, 19:30
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
30-08-2025, 18:08
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
29-08-2025, 18:25
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
29-08-2025, 16:13
Prezident icra başçısına şiddətli töhmət verib
29-08-2025, 16:10
"Qarabağ" futbol klubuna 5 milyon manat ayrılıb - Sərəncam
29-08-2025, 12:32
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
29-08-2025, 10:03
Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayıb
27-08-2025, 13:54
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
27-08-2025, 12:11
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
27-08-2025, 10:44
İlham Əliyev: "Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur"
26-08-2025, 22:01
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb
26-08-2025, 18:31
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
26-08-2025, 18:19
Ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
26-08-2025, 17:24
Hərbçilərimiz Türkiyədə komando kursunda iştirak edirlər
26-08-2025, 16:44
Nazirlər Kabinetinin xüsusi iclası keçirilib - (Yenilənib)
26-08-2025, 15:01
Eldar Əzizov müşavirə keçirib, tapşırıqlar verib
26-08-2025, 10:15
Dindarlar adından Mehriban Əliyevaya müraciət ünvanlanıb - Foto
26-08-2025, 01:04
Bu gün Laçın Şəhəri Günüdür
26-08-2025, 00:03
Bu gün Mehriban Əliyevanın doğum günüdür
25-08-2025, 20:51
Xocavənddə yanğın başlayıb
25-08-2025, 18:47
Özbəkistan PA rəhbəri Mehriban Əliyevaya məktub ünvanlayıb
25-08-2025, 18:28
İlham Əliyev Donald Trampa təşəkkürünü bildirib
25-08-2025, 15:11
DİM: "Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub"
25-08-2025, 11:51
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib - Fotolar
25-08-2025, 11:31
Ali Məhkəmə qanunsuz və özbaşına tiklilərlə bağlı izahat verib
25-08-2025, 11:26
Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv olunub
25-08-2025, 11:24
İlham Əliyev dövlət maliyyəsi ilə bağlı fərman imzalayıb
25-08-2025, 10:02
Pirəkəşkül və Ağdərədə döyüş sursatları məhv ediləcək
25-08-2025, 08:19
Tyanjin görüşü ŞƏT yaranandan bəri ən böyük sammit olacaq - Səfir
24-08-2025, 11:12
İlham Əliyev Ukrayna prezidentini təbrik edib
23-08-2025, 00:05
600 bal toplayan 10 abituriyent tələbə adını qazana bilməyib
22-08-2025, 22:40
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
22-08-2025, 18:45
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü keçirilib - (Yenilənib) - Fotolar
22-08-2025, 17:05
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - Fotolar
22-08-2025, 15:19
İlham Əliyev: "Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək"
22-08-2025, 14:50
Növbəti köç karvanı Qarabağa çatıb - (Yenilənib)
22-08-2025, 14:45
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
22-08-2025, 12:44
Əliyev-Berdiməhəmmədov görüşü keçirilib - (Yenilənir) - Fotolar
22-08-2025, 11:06
Vladimir Putin Mehriban Əliyevaya təbrik məktubu göndərib
22-08-2025, 10:49
Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlayıb
22-08-2025, 09:37
İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir - Fotolar