20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tofiq Zülfüqarov: “Putin Bella Köçəryanla görüşü ilə...”
Tarix: 03-10-2019 15:36 | Bölmə: Gündəm
Tofiq Zülfüqarov: “Putin Bella Köçəryanla görüşü ilə...”

“Çox vaxt münasibətləri dostluğun təzahürü kimi göstərmək istəyirlər. Elə bu konteksdə də deyirlər ki, Köçəryan Putinin dostudur. Bu səbəbdən də Putin Yerevana səfəri zamanı həbsdə olan dostunun xanımı ilə görüşüb. Əslində reallıqda məsələ bu cür deyil”.

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya prezidenti Vladimir Putinin dünən Yerevana səfəri zamanı həbsdə olan sabiq prezident Robert Köçəryanın xanımı Bella Köçəryanla görüşündən danışarkən Reyting.az-a deyib.

Sabiq nazir xatırladıb ki, Sarkisyan hakimiyyətə gələndə Köçəryan çalışırdı ki, nüfuzunu Ermənistan siyasətində saxlasın və hətta prezident Sarkisyanın fəaliyyətinə müdaxilə etsin: “O dövrdə də Köçəryan Putinlə dost olması amilindən istifadə edirdi. Baxmayaraq ki, həmin dövrdə erməni mediasında qeyd edilirdi ki, əslində Köçəryan bununla spekulyasiya edir və reallıqda Putinlə şəxsi dostluq əlaqələri yoxdur. Bəs niyə indi dostluq məsələsi ortaya çıxıb? Bu reallıqda dostluq məsələsi deyil. Köçəryan rusmeyilli siyasətçilərin və cəmiyyətin bu hissəsinin rəmzinə çevrilib. Burada Köçəryana deyil, Kreml tərəfindən bu siyasi meylə dəstək göstərilir. Baş verən görüş də bunun mesajıdır. Yəni Köçəryanın xanımının Putin tərəfindən qəbul edilməsini əslində Ermənistandakı Rusiyapərəst qüvvələrə dəstək kimi qiymətləndirmək lazımdır”.

Keçmiş nazirin fikrincə, Paşinyan Putin və Rusiya elitasında qəbul olunmadığını başa düşür: “Bu mənada Paşinyan üçün hərbi əməliyyatların bərpası qaçılmaz reallığa çevrilir. Çünki bu halda Paşinyan Rusiyanı tənqid edəcək, Moskvanın Azərbaycanı silahlandırdığını elan edərək həm də Ermənistan daxilində Rusiyapərəst meylləri də neytrallaşdıracaq. Üstəlik, qərbə doğru addımlar ata biləcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər