16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fəzail Ağamalı: “Yeni baş nazirin üstün cəhətlərindən biri də dünyagörüşündə müasirliyin olmasıdır”
Tarix: 08-10-2019 12:42 | Bölmə: Gündəm
Fəzail Ağamalı: “Yeni baş nazirin üstün cəhətlərindən biri də dünyagörüşündə müasirliyin olmasıdır”

“Əli Əsədovu 1996-cı ildən tanıyıram. Birlikdə Milli Məclisdə fəaliyyət göstərmişik, eyni zamanda MDB Parlament Assambleyasında iştirakımız olub. Mən həmin dövrdə Əli Əsədovun intellektual və dövlətə sədaqətli olduğunu müşahidə etmişəm”.


Bu fikirləri Milli Məclisdə çıxışı zamanı yeni baş nazir haqqında danışan deputat Fəzail Ağamalı deyib.

Deputat əlavə edib ki, Əli Əsədov uzun illər Prezident Administrasiyasında işləyib və Azərbaycan prezidentinin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində fəal iştirak edib: “Əli Əsədovun üstün cəhətlərindən biri də onun dünyagörüşündə müasirliyin olmasıdır. Əli müəllim Azərbaycan dövlətçiliyinə, prezidentə sədaqətli şəxslərdən biridir. Əminəm ki, ona göstərilən etimadı doğruldacaq. Azərbaycan hökuməti daha çevik fəaliyyət göstərəcək”.

Fəzail Ağamalı sonda sabiq baş nazir Novruz Məmmədova can sağlığı arzu edib və ona fəaliyyətində uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}