MSK sədrindən xəbərdarlıq: "Seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər"
Tarix: 11-10-2019 12:02 | Bölmə: Gündəm
MSK sədrindən xəbərdarlıq: "Seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər"

"Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”.

Reyting.az xəbər verir ki bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub: "Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq, nailiyyətlər əldə etmişik. Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dünya durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}